Media Xəbərləri > Çap üçün versiya > Metroda nasazlıq yaranıb

Metroda nasazlıq yaranıb

Metroda nasazlıq yaranıb“Bakı Metropoliteni”nin “Azadlıq prospekti” stansiyasında hərəkət edən qatarda nasazlıq yaranıb”.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qatar hərəkətdə olarkən problem yaranıb:

“30 saylı qatarda nasazlıq baş verib. Sərnişinlər “Nəsimi” stansiyasında qatardan boşaldılıb və qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur”.

N.Paşayev bildirib ki, stansiyaya yeni qatar göndərilənə qədər intervalda gecikmə yaranıb. Hazırda qatarların hərəkətində interval bərpa edilib.

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=15810

© 2014 www.mediaxeberleri.com