Media Xəbərləri > Çap üçün versiya > Həbs olunmuş şöbə müdirinin yerinə yeni təyinat

Həbs olunmuş şöbə müdirinin yerinə yeni təyinat

Həbs olunmuş şöbə müdirinin yerinə yeni təyinatKürdəmir Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə yeni müdir təyin olunub.

Bu barədə Axar.az-a Kürdəmir Rayon İcra başçısının birinci müavini Tacəddin Novruzov məlumat verib. Onun sözlərinə görə yeni şöbə müdirinin adı Məhəmməd Hidayətovdur. O öz vəzifəsinin icrasına 10-12 gündür ki, başlayıb.

Qeyd edək ki, bir müddət öncə Kürdəmir İcra Hakimiyyətinin vəzifəli şəxsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlamışdı. Araşdırma zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalov və Kürdəmir İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərovun əlbir olaraq Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitini mənimsədikləri aşkar olunmuşdu. Hər iki şəxs həbsdədir.

Bundan sonra isə Kürdəmir rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Şahbazov vəzifəsindən azad edilmişdi. Həmin ərəfədə Kürdəmir rayon icra başçısnın birinci müavini Tacəddin Novruzov da Arzu adlı şəxsin istintaqda ifadəsinin alındığı, vəzifədən isə uzaqlaşdırıldığını bildirmişdi. Ancaq T.Novruzov Arzunun soyadını bilmədiyini və daşıdığı vəzifəni açıqlamamışdı.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=1550

© 2014 www.mediaxeberleri.com