Media Xəbərləri > Çap üçün versiya > ABU-nun sabiq dekanının cəzası 10 ildən 4 ilə endirildi

ABU-nun sabiq dekanının cəzası 10 ildən 4 ilə endirildi

ABU-nun sabiq dekanının cəzası 10 ildən 4 ilə endirildiO, ittiham üzrə özünü təqsirli hesab edib.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Rabil Amanovun (1957-ci il təv.) CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.

Mediaxeberleri.az
xəbər verir ki, Rabil Amanov 2002-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsinin dekanı, eyni zamanda digər təhsil müəssisələrindən tələbələrin köçürülmə komissiyasının sədri vəzifəsində işləyib.

Həmin ərəfədə o Universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub, sonuncunun təşkilatçılığı ilə AR Tələbə qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abiturientlerin valideynlərindən külli miqdarda rüşvət alıblar. Bunun müqabilində həmin şəxslərin RF Dağıstan Respublikasının Mahacqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar. Sonra Azərbaycan Təhsil Nazirliyinin razılığı olmadan həmin şəxslərin 2-ci kursdan ABU-ya köçürülmələrinin müvafiq əmrlərini şəxsən imzalayıb.

Bundan əlavə, TQDK və Universitetin keçirdiyi test imtahanlarının nəticələrinə əsasən qəbul olunmuş tələbələrdən ümumilikdə 240.412 manat məbləgində R.Amanov və qeyriləri rüşvət alıblar.

İstintaq dövründə R.Amanov barəsinə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Məhkəmə prosesnidə Rabil Amanov ittiham üzrə özünü təqsirli hesab edib.

2014-cü il iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amanov 2 il müddətində ali təhsil müəssisələrində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Onun müdafiəçisinin şikayəti əsasında iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib, qərara əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın müddəti 4 ilə endirilib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=1546

© 2014 www.mediaxeberleri.com