Media Xəbərləri > Çap üçün versiya > Hitlerin daha bir sirri AÇILDI

Hitlerin daha bir sirri AÇILDI

Hitlerin daha bir sirri AÇILDIAlmaniya nasistlərinin lideri Adolf Hitlerin şəxsi həyatı ilə bağlı bir sıra sensasion faktlar üzə çıxıb.

Mediaxeberleri.az Publika.az-a istinaden xəbər verir ki, məxfi sənədlərə əsasən ötən əsrin ən qanlı diktatorunun qeyri-ənənəvi seksual vərdişlərə - koprofilliyə meylliliyi məlum olub.

Gizli casus məruzəsini dərc etmiş “The Sun”ın yaydığı məlumata əsasən, Adolf Hitler qeyri-adi seksual ənənələrə malik imiş. Mətbu orqan Almaniya nasistlərinin rəhbərin koprofil olduğunu iddia edir.

Fürerə aid olan və son günlər açıqlanan gizli arxiv sənədlərinə əsasən, Hitler intim münasibətdə olduğu qadınlarla qeyri-ənənəvi formada sevişirmiş. Fürer yalnız partnyoru olduğu qadınların onun çılpaq bədəninin üstünə çıxdıqdan sonra ehtiraslanırmış.

Araşdırmalar zamanı məlum olub ki, nasistlərin rəhbəri öz əmisi oğlunun qızıyla – Gel Rauballa da eşqbazlıq edib. Raubal Hitlerin qeyri-adi seksual təcrübələri haqqında NSDAP liderlərindən biri Otto Ştrasser danışıb.

Məxfi casus sənədləri ilə, həmçinin nasistlərin rəhbərinin intim əlaqə zamanı partnyorunun onu döyməsində həzz alması da aydınlaşıb. Qadınların bədəninə zərbə endirmələri Adolfun xoşuna gəlirmiş.

Qeyd edək ki, ABŞ-ın Strateji Xidmətlər İdarəsinin əməkdaşı Valter Lanqer Hitlerin seksual vərdişləri haqqında dosye hazırlayıb. Lanqer öz məruzəsində Hitlerin koprofil olması qənaətinə gəlib. Onun həmin dövrə aid məruzəsi Mərkəzi Kəşfiyyat İdarəsinin indiki sənədləri ilə eyni statusa malik olub.

Qeyd edək ki, Hitlerin koprofilliyi haqqında ilk açıq etirafı nasist “hücumçu”larının (“SA”) rəhbəri, vaxtilə Hitlerə gizli fonddan maliyyə dəstəyi vermiş Ernst Rem edib. O, bir dəfə nasist zabitlərinin yanında fürerin qeyri-adi seksual ənənələrə malik olmasını ağzından qaçırıb. Ernst Rem həmçinin Hitlerin kəndli qızlarına meylli olduğunu deyib.

“Ruposters Life”ın yaydığı məxfi materialda isə Hitlerin Birinci Dünya Müharibəsində aşağı ətraflarından yaralandığını, bu səbəbdən daxili orqanlarının sıradan çıxdığını məlum olub. Ehtimal olunur ki, onun cinsi oriyentasiyasındakı anormallıq da elə bu vaxtlar meydana gəlib.

Anar Tağıyev
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=11572

© 2014 www.mediaxeberleri.com