Vətəndaşı aldadıb 35 min manatdan çox pulunu MƏNİMSƏDİLƏR
Kiberdələduzlar bir müddət öncə vətəndaşı saxta investisiya saytı adı ilə aldadaraq 35 min manatdan çox pulunu mənimsəyiblər. Mediaxeberleri.Az-ın məlumatına görə, vətəndaş özü həmin məbləği kriptovalyuta vasitəsilə dələduzlara göndərib və qazanc əldə edəcəyini düşünüb. Ancaq qısa müddət sonra aldadıldığını anlayıb. "Beynəlxalq kibercinayətkarlıqla mübarizə idarəsi" adı altında vətəndaşa dayanmadan zənglər gəlməyə başlayıb. Ona pulunun guya geri qaytarılacağı deyilib. İtirdiyi 30 min manatı geri almaq üçün ümidlənən vətəndaş bu dəfə isə kart məlumatlarını həmin şəxslərə verib. Nəticədə isə nəinki pulu geri qayıdıb, əksinə, cinayətkarlar onun kartında olan 5400 manatı da oğurlayıblar. Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara bu cür vədlərə aldanmamağı tövsiyə edir. Bildirilir ki, bu məlumatların paylaşılması ciddi maliyyə itkilərinə səbəb ola bilər. Qeyd edək ki, son bir neçə ayda kiberdələduzlar vətəndaşlara milyonlarla manat ziyan vurublar. Ətraflı süjetdə: