Toy gecəsi gəlin və bəy CAN VERDİ - Qonaqlar evinə çatmamış DƏHŞƏTLİ XƏBƏR ALDILAR + FOTOLAR
Türkiyənin Kütahya əyalətinin Emet rayonunda toy yasa dönüb. Titul.az xəbər verir ki, bəy Mustafa (23 yaş) ilə Havvanur Özer (22 yaş) cütlüyü toydan sonra evə gedərkən 07 AFU 428 nömrə nişanlı avtomobili ilə ağır qəzaya düşüblər. Bəyin idarə etdiyi avtomobil, qarşıdan gələn başqa bir avtomobillə toqquşub. Bəy və gəlin hadisə yerindəcə dünyasın dəyişiblər. Digər avtomobilin sürücüsü isə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Araşdırma aparılır. Dəhşətli qəzadan sonra ancaq mərhum cütlüyün toydan xoşbəxt göründükləri o kadrlar qaldı.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: