Zod qızıl mədənində çökmə baş verdi... -Yaralılar var!..
Mediaxeberleri.Az xəbər verir ki, “Hraparak” qəzetinin yaydığı məlumata görə, şaxtada çökmə olub və nəticədə iki əməkdaş xəsarət alıb.
Yaralılar İrəvan tibb mərkəzlərinə köçürülüb.
Xatırladılır ki, 44 günlük savaşdan sonrda Azərbaycan ordusunun Zod qızıl mədənini nəzarətə götürməsi nəticəsində mədənin açıq hissəsi azərbaycanlıların nəzarətində qalıb, nəticədə Ermənistan tərəfi mədəni yalnız qapalı şəkildə istismar edir
Qısa arayış və xatırlatma:
Zod qızıl yatağı tarixən bütövlükdə Azərbaycan ərazisinə adi olsa da, sovet işğalı nəticəsində ərazinin bir hissəsi Ermənistana düşüb. Həmin bölgüyə əsasən Kəlbəcərin işğalınadək mədənin 70 faizi Azərbaycan, 30 faizi isə Ermənistan ərazisində qalıb. Sovet dönəmində aparılan araşdırmalara görə, yataqda 112 tondan artıq qızıl ehtiyatı var. Yatağın ən məhsuldar hissəsi isə məhz Kəlbəcərdədir, Ermənistan tərəfində isə qızıl ehtiyatı tükənmək üzrədir.
1992-ci ildə Kəlbəcər qızıl yatağının istismarı dayandırılsa da, 28 illik işğal ərzində oradan çıxarılan və xaricə daşınan qızıl ehtiyatının dəyəri hədsizdir. Və əslində Ermənistan həmin zərəri də ödəməlidir...
Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən noyabrın 25-də işğaldan azad olunmuş Kəlbəcər rayonu Azərbaycana təhvil verildiyindən Azərbaycan ordusu Zod qızıl yatağı ərazisində sərhəd bölgüsünə müvafiq uyğun mövqelərini tutub.