Bakıda açıq sahədə YANĞIN - YENİLƏNDİ
Bakıda açıq sahədə baş verən yanğın məhdudlaşdırılıb. Bu barədə Mediaxeberleri.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub: "Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir". *** Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub. Bu barədə Mediaxeberleri.Az-a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.