Bir aydır xəstəxanada saxlanılan kimsəsiz şəxs öldü
Rusiya vətəndaşı Bakıda xəstəxanada ölüb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, Rusiya vətəndaşı Akif Əliyev iyulun 8-də küçədə ağır vəziyyətdə aşkarlanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, avqustun 8-də xəstəxanada ölüb. A.Əliyevin tüfeyli həyat sürdüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: