Ağstafada azyaşlı xəstəxanada öldü
Ağstafada azyaşlı xəstəlikdən ölüb. Mediaxeberleri.Az-ın məlumatına görə, rayonun Qırılı kənd sakini 2022-cü il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olub. Məlumata görə, azyaşlı qıcolma xəstəliyindən əziyyət çəkirmiş. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.
Oxunub: 561
Xəbəri paylaş
Paylaş: