Ermənistan Müdafiə Nazirliyndən xəbərdarlıq: Azərbaycanla sərhəddə partlayış olacaq
Ermənistan Müdafiə Nazirliyi Kirants-Berkaber ərazisində partlayış işlərin aparılması ilə bağlı xəbərdarlıq edib. Mediaxeberleri.Az xəbər verir ki, ümumilikdə 10 partlayışın planlaşdırıldığı bildirilir. “Avqustun 7-də saat 12:00-dan 14:00-dək Tavuş rayonunun Kirants kəndindən 1550 m şimal-şərqdə və Berkaber kəndindən 1360 m, 1170 m, 900 m şimal-şərqdə yerləşən ərazilərdə partlayış işləri aparılacaq. Ümumilikdə 10 partlayış planlaşdırılır. Yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisini diqqətli olmalarını və təşvişə düşməmələrini xahiş edirik”, - məlumatda deyilir. Qeyd edək ki, partlayış olacaq ərazilər Azərbaycanla sərhəddir.
Oxunub: 379
Xəbəri paylaş
Paylaş: