Türkiyədə zəlzələ oldu
Türkiyənin mərkəzi hissəsində 5,2 maqnitudada zəlzələ qeydə alınıb. Mediaxeberleri.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib. Məlumata görə, zəlzələnin episentri 29 min insanın yaşadığı Kazan şəhərindən 88,1 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: