"Ukrayna Melitopol istiqamətində rus qoşunlarını geri çəkilməyə məcbur edir" - Müdafiə Nazirliyi
Melitopol regionunda Ukrayna hərbi qüvvələri rus qoşunlarını mövqelərindən geri çəkilməyə məcbur edir. APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar "Telegram"da bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi canlı qüvvə və texnika baxımından xeyli itki verib. Ukraynanın müdafiə nazirinin müavini bildirib ki, Melitopol istiqamətində hücum əməliyyatı davam edir.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: