Ərini atdı, qızı üçün alınmış cehizi də götürüb başqa kişi ilə qaçdı
Hindistanda bir qadın ərini ataraq sevgilisinə ərə gedib. O gedərkən qızı üçün yığılan cehizi də yığıb aparıb. Medıaxeberlerı.Az bu barədə “News 18”ə istnadən xəbər verir. Bihar ştatının sakini polisə müraciət edərək həyat yoldaşının 16 illik evliliyindən sonra onu tərk etdiyini bildirib. Kişi deyib ki, arvadı 16 yaşlı qızlarının cehizi üçün ayırdıqları bütün pulları və əşyaları da oğurlayaraq başqa kişi ilə qaçıb. Polis qadını saxlayıb. O, ərinin son 4 ildə onunla kobud davrandığını deyərək yanına qayıtmaqdan imtina edib. Qeyd edək ki, o, sevgilisi ilə internetdə tanış olub və əvvəlcə onlar sadəcə mesajlaşırmışlar. Ancaq münasibətləri sürətlə inkişaf edib, ər bu münasibətdən xəbər tutub və mane olmağa çalışıb. Qadın isə hisslərini boğa bilməyib. O, ərini və uşaqlarını tərk edərək sevgilisinin yanında olmaq qərarına gəlib. Onun sözlərinə görə, onlar artıq evlidirlər və ömürlərinin qalan hissəsini birlikdə keçirməyi planlaşdırırlar. Qadın cehiz oğurluğu ilə bağlı ittihamları rədd edərək, onları yalan adlandırıb.