Ağstafada gənc oğlan bıçaqlanıb
Mediaxeberleri.Az-ın məlumatına görə, Poylu kəndində 2005-ci il təvəllüdlü H.Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb. Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü A. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.
Oxunub: 1 168
Xəbəri paylaş
Paylaş: