Ərdoğan Qarabağla bağlı verdiyi YENİ TƏKLİFDƏN DANIŞDI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təkliflə Nikol Paşinyana, İlham Əliyevə və Vladimir Putinə müraciət etdiyini açıqlayıb. Onun sözlərinə görə, xüsusilə Ermənistan, Azərbaycan və Rusiya liderlərinə Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüş keçirməyi təklif edib. Mediaxeberleri.Az xəbər verir ki, Ərdoğan bunu ABŞ-a uçmazdan əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında deyib. "Bəli, bizim prioritetlərimiz əvvəllər nəzərdə tutulduğu kimi üçtərəfli formatda danışıqlar aparmaqdır. Amma biz dördtərəfli formatda görüşməyi də təklif etdik. Bu təklif təqdim olunub. Yəni mən, Putin, İlham Əliyev və Paşinyan. Dedim ki, gəlin görüşək, atılmalı olan addımları birlikdə müzakirə edək. Biz bu təklifə nə mənfi, nə də müsbət cavab almamışıq”, - Türkiyə prezidenti deyib.