Türkiyə parlamentində dava: deputatlar yumruqlaşdılar - VİDEO
Türkiyə Böyük Millət Məclisində deputatlar arasında dava düşüb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə AKP ilə DEM millət vəkillərinin arasında baş verib. DEM Partiyasının Mersindən olan deputatı Əli Bozanın "AKP oğurluq edir" ifadəsi insidentə səbəb olub. Bundan sonra hər iki partiyadan deputatlar yumruqlaşmağa başlayıblar. Polislər müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıb. TBMM-in sədr müavini Bəkir Bozdağ yaranan mübahisəyə görə iclası dayandırıb.
Oxunub: 187
Xəbəri paylaş
Paylaş: