Yeraltı qaz kəməri zədələndi, iki kənd qazsız qaldı
Biləsuvar rayonunda internet xətti çəkilən zaman yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində iki kənd qazsız qalıb. Mediaxeberleri.Az-ın Report-a istinadən məlumatına görə, rayonun Səmədabad kəndi ərazisində internet xətti çəkilən zaman yeraltı qaz kəməri zədələnib. Bununla əlaqədar Səmədabad və Arazbarı kəndlərinin ümumilikdə 600 abonentinin qaz təchizatı dayandırılıb.
Oxunub: 146
Xəbəri paylaş
Paylaş: