Yüksək rütbəli zabitin avtomobilini belə partlatdılar - VİDEO
Moskvanın şimalında yaşayış binasının dayanacağında “Toyota Land Cruiser” avtomobili partlayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu zaman avtomobilin içərisində 49-50 yaşlı qadın və kişi olub. Partlayış çərşənbə günü, iyulun 24-də səhər saatlarında Sinyavinskaya küçəsində baş verib. Fövqəladə hadisə nəticəsində sürücünün ayaqlarının hissələri qopub, yoldaşı isə üzündən xəsarət alıb. Hər iki yaralı Botkin xəstəxanasına aparılıb. Bundan əlavə, partlayış dalğası yaxınlıqda dayanan beş avtomobili əhatə edib və çoxmərtəbəli binanın bir neçə mərtəbəsinin şüşələrini sındırıb . Şahidlərin RT-yə verdiyi məlumata görə, avtomobili Ukrayna müharibəsinin iştirakçısına məxsus ola bilərdi. “Moskovski Komsomolets”in məlumatına görə, avtomobilin partlaması nəticəsində yaralanan şəxs bir neçə il əvvəl gizli hərbi hissədə xidmət edib. O, Qazaxıstanda anadan olub, sonra Novosibirsk, Kalininqradda yaşayıb, daha sonra Moskvaya köçüb. Bölmədə həmin adam yüksək rütbəli zabit kimi qeyd edilib.