Şəmkirdə market işçisi olan qadın bıçaqlanıb
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Laləzar Əhmədova mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb. O, xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, zərərçəkən Şəmkir şəhərində yerləşən marketlərin birində çalışır. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 200
Xəbəri paylaş
Paylaş: