Zelenskidən SÜLH AÇIQLAMASI: "Ya Putin olacaq, ya da..."
Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə danışıqları qadağan edən və Ukraynada qüvvədə olan fərmanına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə danışıqlara aparmağa hazırdır. Mediaxeberleri.Az xəbər verir ki, BBC Ukrayna liderinin sözlərinə istinadla məlumat yayıb. “İkinci sülh sammitində plan tam şəkildə hazırlanarsa, Rusiya Federasiyası bu plan haqqında danışmağa hazırdırsa, o zaman biz tərəfdaşlarımız və Rusiya Federasiyasının nümayəndələri ilə birgə danışmağa hazır olacağıq. Və ya Putin olacaq, ya da Putin olmayacaq - bunun nə fərqi var?”, - deyə o bildirib.
Oxunub: 175
Xəbəri paylaş
Paylaş: