Türkiyəyə qarşı xain plan: döyüş gəmiləri və əsgərlər bölgəyə gətirildi
Avropa ölkələrinin Cənubi Kiprə əsgər və gəmi yerləşdirdiklərindən xəbərdarıq. Biz istənilən təhlükəli vəziyyətə tam hazırıq. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin təşkil etdiyi "Kipr Sülh Əməliyyatı"nın 50-ci ildönümü ilə bağlı danışarkən deyib. Nazir həyata keçirilən əməliyyatlarla insanların illərdir məruz qaldıqları zülmə son qoyulduğunu, adaya həm türklər, həm də yunanlar üçün sülh və təhlükəsizlik gətirildiyini vurğulayıb. “Humanitar yardım adı altında Lefkoşaya hərbi ünsürlərin yerləşdirildiyini və başda ABŞ olmaqla, (İngiltərə, Yunanıstan, İtaliya və s. - Yeniakit.) digər ölkələrin hərbi gəmilərinin Cənubi Kiprə aid limanlardan istifadə etdiyini bilirik. Biz adada tarazlığı pozan və Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təhdid edən fəaliyyətlərə qarşı bütün lazımi tədbirləri görməyə davam edəcəyik. Kiprli qardaşlarımızın güvən, sülh və firavanlıq içində yaşadığı bir gələcək qurmaq, Aralıq dənizində Türkiyə və ŞKTC-nin hüquq və mənafelərini qorumaqda tam qərarlıyıq”, - Yaşar Gülər əlavə edib.