QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilib: 1. “Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 15000 (on beş min) manat; 2. “Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 30000 (otuz min) manat; 3. “Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 50000 (əlli min) manat; 4. “Səfər qrantı müsabiqəsi” üzrə - 10000 (on min) manat.