Zelenski təcili Polşaya gedir: MÜHÜM SAZİŞ imzalanacaq
Polşa və Ukrayna yaxın günlərdə təhlükəsizlik sazişi imzalayacaq. Mediaxeberleri.Az"RİA Novosti"yə istinadən xəbər verir ki, bunu vəziyyətlə tanış olan mənbə bildirib. Onun sözlərinə görə, Vladimir Zelenski gələn həftə Polşaya gedəcək və ikitərəfli təhlükəsizlik sazişi imzalanacaq. Mənbə qeyd edir ki, Polşa və Ukrayna üçün iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti başlamazdan əvvəl bu sazişi imzalamaq vacibdir. Bildirilir ki, alyans sammit iştirakçılarına Ukraynaya “daha çox kömək etmək” lazım olduğuna dair siqnal göndərmək niyyətindədir.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: