Putin Paşinyanın zənginə cavab vermədi - Telefonu üzünə bağlayıblar
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, sentyabrın 9-da Paşinyan Putinə zəng edib, lakin Kremldə onun zənginə cavab verməyiblər.
“Paşinyan daha sonra Putinə uzun məktub yazıb, Putin isə son sözünü Vladivostok konfransında deyib. Paşinyan məktubunda Ermənistandakı anti-Rusiya kampaniyası ilə bağlı özünə haqq qazandırmağa, Rusiyaya qarşı olmadıqlarına inandırmağa çalışıb”, - nəşr qeyd edir.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: