SON DƏQİQƏ: Polis etirazçılara qumbara atmağa başladı: Ölənlər var
Ermənistanın Daxili İşlər Nazirliyi Baqramyan, Proşyan və Dəmirçyan küçələrində keçirilən etiraz aksiyasının iştirakçılarına müraciət ünvanlayıb. Globalinfo.az xəbər verir ki, müraciətdə istənilən qanunsuz hərəkətlərin qarşısının alınacağı bildirilib. “Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində keçirilən aksiyanın iştirakçıları polisə şüşə atıblar. , Eyni zamanda polis dəbilqə və dəyənəklərini götürüblər. Daxili İşlər Nazirliyi bir daha aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə, qarşıdurmalara səbəb olmamağa çağırır. İstənilən qanunsuz addımlara müvafiq cinayət-hüquqi qiymət veriləcək”, – deyə məlumatda bildirilir. Bu arada polis ümumilikdə 60 etirazçının saxlanıldığını açıqlayıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib. Yerli medianın məlumatına görə, polis Ermənistan parlamentinin binası yaxınlığında xüsusi texnikadan istifadə edib. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaq üçün qumbaralardan istifadə etməyə başlayıb, ölənlərin olduğu haqda məlumatlar var.