Qazaxda iki avtomobil toqquşub, daha sonra piyadanı vurub
Qazaxda yol nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə Qazax şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı yük maşını "Mercedes" ilə toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarında dayanmış piyadanı vurub. Qəza zamanı piyada 1955-cü il təvəllüldü Şahliq Müstafayeva və hər iki avtomibilin sürücü xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Avtomobilin xəsarət yetirdiyi Ş. Müstafayeva xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 419
Xəbəri paylaş
Paylaş: