Bakıda yarımstansiyada yanğın olub
Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 180 kvadratmetr olan yarımstansiyanın içərisində 22 ədəd elektrik paylayıcı qurğu və 140 poqonometr kabel yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Yarımstansiya və paylayıcı qurğuların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə məlumatda qeyd olunub.
Oxunub: 183
Xəbəri paylaş
Paylaş: