Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib
Dünyanın 20-dən çox ölkəsi Çinin Ukrayna münaqişəsinin həlli planını dəstəkləyir. APA “Bloomberg“ə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq İ bildirib. Diplomatın bildirdiyinə görə, həm Rusiya, həm də Ukrayna münaqişənin siyasi həlli prinsiplərinin “məzmununun əksəriyyətini” ayrı-ayrılıqda təsdiqləyiblər. Sənəd, həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq konfransın çağırılmasını nəzərdə tutur. Bu, plan “Kiyev sülh planına” alternativ olmalıdır. Van İnin sözlərinə görə, ümumilikdə 45 ölkə təklif olunan ideyalara müsbət yanaşır.
Oxunub: 421
Xəbəri paylaş
Paylaş: