16-cı mərtəbədən özünü atdı, özü də öldü, komendant da
Bakıda dəhşətli intihar hadisəsi olub. Mediaxeberleri.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb. Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir. Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.
Oxunub: 467
Xəbəri paylaş
Paylaş: