“Görüşmək istəyirsə, növbəyə yazılsın...” – Paşinyan keşiş Baqratı ələ saldı
“Mən vətəndaşlarla, müxtəlif insanlarla görüşlər keçirirəm. Mənimlə görüş prosedurları var, mənimlə görüşmək üçün növbəyə yazılmaq istəyənlər bunu tamamilə pulsuz edə bilərlər”. Medıaxeberlerı.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan onunla görüş tələb edən keşiş Baqrat Qalstanyanla bağlı suala cavab verərkən deyib. Məlum olduğu kimi, mayın əvvəlindən Paşinyan hökumətinə qarşı etiraz aksiyaları təşkil edən Qalstanyan aksiyalara qoşulanların sayı azaldıqca, daha tez-tez ölkə rəhbərliyi ilə görüş tələb edir. Bununla da gündəmdə qalmağa çalışan keşiş artıq böyük aksiyalar keçirə bilmədiyi üçün gah avtomobil yollarını, gah da ayrı-ayrı dövlət qurumlarının giriş qapılarını bağlamağa çalışır. Son olaraq onun Ermənistan DİN-in qapısında aksiya keçirdiyi bildirilir.