Mediaxeberleri.az
    
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
  • 
  • Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
    Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
  • 
  • MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
    MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
  • 
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
  • 
  • Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
    Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
  • 
  • Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
    Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
  • 
  • Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
    Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
  • 
  • Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
    Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
  • 
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
    Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
  • 
  • Qazaxda müşavirə keçirilib
    Qazaxda müşavirə keçirilib
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
    Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
  • 
  • Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
    Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi

Son xəbərlər :
  • "Şəfa" "Qəbələ"yə, "Zirə" "İmişli"yə qalib gəldi
  • Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR
  • Sevastopola PUA hücumu: yaralılar var
  • Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir
  • NATO-nun kəşfiyyat təyyarəsi Rusiya ilə sərhəddə - Hansı məlumatlar gizlədilir?
  • Özbəkistanla Azərbaycan arasında 5 sahədə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb
  • Güləşçimiz dünya çempionatının finalına yüksəldi
  • Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI
  • Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama
  • Bakıda futbolçu öldü - Foto
  • Bakıda evdən oğurluq edən şəxslər saxlanıldı
  • Xalq artisti Şükufə Yusupovanı "İçərişəhər" metrostansiyasının yaxınlığında maşın vurub, reanimasiyadadır - YENİLƏNDİ
  • Medinanın oynadığı matçda yeni dünya rekordu
  • Ağstafada "TikTok" üçün video çəkən yeniyetməni CƏRƏYAN VURDU - SON DURUMU AÇIQLANDI
  • Bakıda gecə saatlarında "BAHALI" QƏZA: 7 maşın toqquşdu - VİDEO
  • Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir
  • İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV EDİLİR? – “Dəyişikliklərə ehtiyac var...”
  • Əməkdar jurnalist vəfat etdi - FOTO
  • Ukrayna ilk dəfə Rusiyanın bu şirkətini vurdu: xəsarət alanlar var
  • Böyük Avropa savaşı Almaniyada olacaq - Xəbərdarlıq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dövlət başçısına təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ

  • Tarix: 28-05-2024, 10:31

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mediaxeberleri.Az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident, əziz Qardaşım.

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş təəssüratlar yaradıb.

Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Eyni zamanda Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün ökənizin tarixində qürurverici hadisə kimi qeyd olunur.

Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.

İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edirəm.

Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük Azərbaycan xalqına isə rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


***

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Mediaxeberleri.Az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Müstəqillik Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost və qardaş Azərbaycan inkişaf edən iqtisadiyyatı, artan nüfuzu və güclü ordusu ilə regionun qüdrətli dövlətinə çevrilmişdir. Azərbaycanın bu uğurlu və şanlı nailiyyətləri təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk xalqı üçün də qürur və xoşbəxtlik mənbəyidir.

Hər çətinlikdə bir-birinə dəstək olan Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq bağlarının qarşıdakı dövrdə "Bir millət, iki dövlət" prinsipi ilə daha da möhkəmlənəcəyinə, qardaş Azərbaycanın Bayrağının qədim torpaqlarında əbədi olaraq dalğalanacağına inamım qətidir.

Müstəqillik uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsini minnətdarlıq hissi ilə yad edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm".

***

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Mediaxeberleri.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm. Müstəqillik Günü Azərbaycan vətəndaşları üçün mühüm bayramdır və onların Vətənin suverenliyi uğrunda fədakar mübarizəsinin gələcək nəsillər üçün böyük əhəmiyyətini əks etdirir. Bu günü 1918-ci il hadisələrindən ayıran zaman kəsiyinə baxmayaraq, Azərbaycan vətəndaşları bir əsrdən çox əvvəl öz əcdadlarının yeni qurduqları müstəqil dövlət ideallarına və prinsiplərinə eyni hörmətlə yanaşırlar.

Azərbaycan xalqının milli qüruru, vətənpərvərliyi və öz gücünə sonsuz inamı ölkə rəhbərliyinin müdrik siyasəti ilə birlikdə respublikaya iqtisadi və sosial sahələrdə uğurlar qazanmağa, ölkənin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməyə imkan yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan vətəndaşlarının rifahı naminə səmimi-qəlbdən bütün səylərinizin həyata keçməsini arzu edirəm".

***

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mediaxeberleri.Az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Serb Respublikasının xalqı və qurumları adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Fəxrlə demək istəyirəm ki, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşma və qarşılıqlı hörmətə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. Böyük tektonik geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar zamanı hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayış və hörmət son dərəcə vacibdir.

2024-cü il mayın 23-də BMT Baş Assambleyasının sessiyasında keçirilən səsvermə zamanı ölkənizin qlobal səhnədə müstəqilliyini sübut etməsi Sizin suveren siyasətinizin, liberal terrora və təkqütblü dünyanın yenidən qurulmasına qarşı birgə mübarizə aparmağın zəruriliyini dərindən dərk etdiyinizin sübutudur. Serblər Azərbaycan hökumətinin bu tarixi qərarını heç vaxt unutmayacaq və bu məsələdə şərəfli mövqeyinizə görə dərin minnətdarlığımızı bildiririk.

Məmnuniyyətlə vurğulayıram ki, bir çox sahələrdə və seqmentlərdə ikitərəfli əməkdaşlığımız inkişaf edəcək və yüksələn xətlə davam edəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də hər iki xalqa xeyirli və faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi hörmət əsasında qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir.

Hörmətli Prezident, Zati-aliləri, icazə verin, Sizə cansağlığı, dost Azərbaycan Respublikasının firavanlığı və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayım".

***

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mediaxeberleri.Az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

İcazə verin, ölkələrimiz və xalqlarımız arasında səmərəli qarşılıqlı fəaliyyət və əməkdaşlıqdan məmnun olduğumu bildirim. Bir daha təsdiq etmək istəyirəm ki, Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə gözəl dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Əminəm ki, son danışıqlarımızdan və bu il mayın 8-də Bakıda Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalanmasından sonra son illərdəki intensiv ikitərəfli siyasi dialoq yeni məzmun kəsb edəcəkdir. İnanıram ki, ikitərəfli münasibətlərimizdə tətbiq etdiyimiz praqmatik yanaşma gələcəkdə də müsbət dinamikasını davam etdirəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mediaxeberleri.Az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Sizə və Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi göndərirəm.

İndiki dövr həll olunmamış münaqişələr və hamımıza təsir edən iqlim dəyişikliyinin nəticələrinin təhdidi baxımından bizi sınayır. Bizdən indi həmişəkindən daha çox tələb olunur ki, qarşılıqlı etimad və anlayış əsasında sülh içində gələcək üçün zəmin və planetimizdə harmoniya və firavanlıq dolu bir həyat üçün mühit yaradaq.

Sizin ölkənizlə qonşunuz Ermənistan arasında münaqişənin həlli üçün birgə səylər göstərmək istəyi bizim ölkələrimizin hökumət və xalqlarını birləşdirir. Əmin olun ki, bu münaqişənin regionun gələcəyinə artıq kölgə salmaması üçün Almaniya əlindən gələni əsirgəməyəcəkdir.

Builki COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan öz üzərinə xüsusi məsuliyyət götürmüşdür. Mən buna görə Sizə və Sizin həmvətənlərinizə təşəkkür etmək və Sizi iddialı iqlim siyasətinə mühüm təkan verməyə təşviq etmək istərdim.

Sizə və həmvətənlərinizə qarşımızdakı dövrdə sülh, əmin-amanlıq və hər şeydən əvvəl cansağlığı arzulayıram".

***

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mediaxeberleri.Az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mediaxeberleri.Az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Əziz Qardaşım.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Sizin kimi müdrik, vətənpərvər və fədakar liderin, görkəmli siyasətçi və dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmuş, tarixi ədalət bərqərar edilmişdir.

Ölkənizdə həyata keçirilən genişmiqyaslı daxili və xarici siyasət, iqtisadi və sosial islahatlar bu gün öz bəhrəsini verir, Azərbaycanın beynəlxalq aləmdə etibarı və nüfuzu durmadan yüksəlir.

Xüsusilə vurğulamaq istərdim ki, biz Azərbaycan və Özbəkistan arasında yaranmış, qardaş xalqlarımızın ümumi məqsəd və istəklərinə tam uyğun gələn sıx əlaqələri xüsusi qiymətləndiririk.

Sizinlə fəallaşan açıq və səmərəli dialoqlarımız, eləcə də danışıqlarımız zamanı əldə edilmiş mühüm sazişlər və irimiqyaslı layihələr, təsdiq edilmiş “yol xəritələri”nın tam həyata keçirilməsi, şübhəsiz ki, strateji tərəfdaşlığımızı tamamilə yeni səviyyəyə qaldıracaqdır.

Hörmətli İlham Heydər oğlu, əminəm ki, yaxın gələcəkdə çoxtərəfli formatlar çərçivəsində bənzərsiz Azərbaycan torpağına yüksək səviyyəli səfərlərimiz hərtərəfli tərəfdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəkdir.

Daha əvvəl Sizinlə razılaşdığımız kimi, kimya, neft-qaz, mədənçilik, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələri daxil olmaqla 10 yeni istiqamətdə tərəfdaşlığın gücləndirilməsinə yönələn böyük planlarımızın tam şəkildə reallaşacağına əminəm.

Bizim möhkəm siyasi iradəmiz və birgə səylərimiz sayəsində qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi inkişafı naminə bundan sonra da davamlı şəkildə inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, ailə səadəti, Vətəninizin inkişafı naminə fəaliyyətinizdə böyük müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram".


***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mediaxeberleri.Az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Tacik xalqının adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına ölkənin milli bayramı münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan Respublikasının ölkənin sosial-iqtisadi və mənəvi həyatında böyük nəticələr əldə edərək öz inkişafında durmadan irəlilədiyini qeyd etmək sevindiricidir. Həmçinin Azərbaycanın beynəlxalq arenada nüfuzu artır.

Ölkələrimizin qarşılıqlı münasibətlərinin əsaslarının hərtərəfli möhkəmlənməsi Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur.

Birgə səylər sayəsində dövlətlərarası tərəfdaşlıq və dialoq bütün səviyyələrdə uğurla inkişaf edir ki, bu da dostluq münasibətlərimizin məhsuldar şəkildə genişlənməsinə kömək edir. Bunun əyani nümunəsi əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir.

Mənim bu yaxınlarda Azərbaycana dövlət səfərim zamanı keçirdiyimiz görüşləri səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunmuş razılaşmaların praktik reallaşması uzunmüddətli perspektivə hesablanmış Tacikistan-Azərbaycan məhsuldar əməkdaşlığına yeni təkan verəcəkdir.

İnanıram ki, biz gələcəkdə də strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün zəruri birgə səyləri davam etdirəcəyik, ikitərəfli münasibətlərimizdə mövcud olan böyük potensialdan tam istifadə edəcəyik.

Əziz İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə hər zaman aydın səma, əmin-amanlıq və dinamik tərəqqi arzulayıram".

***

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mediaxeberleri.Az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi Serbiya Respublikası xalqı adından və öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah arzu edirəm.

Serbiya Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı etimada, təqdir və hörmətə, eyni zamanda, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir.

İcazə verin, BMT Baş Assambleyasında yaxın zamanda keçirilmiş səsvermədə Azərbaycan Respublikasının göstərdiyi anlayış və mövqeyə, bununla da Serbiya Respublikasına, regionda sülh və sabitliyə dəstək verdiyinə görə minnətdarlığımı bildirim.

İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə Serbiya Respublikası üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə ölkənizin göstərdiyi kömək və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası həyati mənafelərin müdafiəsində dəfələrlə səmimi tərəfdaşımız olduğunu nümayiş etdirib və biz Serbiya Respublikasında bunu unutmayacağıq.

Ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində iştirakınızı yüksək qiymətləndirirəm. Əminəm ki, Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq qarşıdakı dövrdə də qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə möhkəmlənməyə və zənginləşməyə davam edəcək və Sizinlə birlikdə bu işə öz şəxsi töhfəmi verməyə hazır olduğumu bildirirəm.

Bizim üçün ən mühüm milli və dövlət əhəmiyyəti daşıyan Kosovo və Metohiya məsələsi ilə bağlı göstərdiyiniz diqqət və dəstəyə görə də təşəkkür edirəm. Serbiya Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında Azərbaycan Respublikasının göstərdiyi prinsipial və qəti dəstək ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasına sadiqliyinin göstəricisidir. Əmin olun ki, Serbiya Respublikası da Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm".

***

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Mediaxeberleri.Az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik, suverenlik, bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı qardaşlıq və dostluq zəminində yaradılmış Türk Dövlətlərin Təşkilatının sadiq olduğu təməl prinsiplərdəndir. Azərbaycan Respublikasının təşkilat çərçivəsində tərəfdaşlıq və inteqrasiya proseslərinin inkişafına verdiyi töhfə nəinki üzv dövlətlərimizdə, həmçinin bütövlükdə regionumuzda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə xidmət edir.

Əminəm ki, Sizin təşəbbüsünüz əsasında bu ilin iyul ayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə işlərinizdə yeni uğurlar diləyirəm".

xxx

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Mediaxeberleri.Az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırır, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.

Ölkələrimiz arasında sıx əlaqələr möhkəm prinsiplərə və ümumi strateji maraqlara əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli və ya regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr münasibətlərimizin mükəmməl səviyyəsini əyani şəkildə nümayiş etdirir.

Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır. Sizi əmin edirəm ki, Rumıniya strateji tərəfdaşlığımızı gücləndirmək üçün ciddi səylər göstərir. Mən tam inanıram ki, bizim birgə səylərimizlə ikitərəfli əməkdaşlıq enerji, nəqliyyat, təhsil, ticarət və investisiya kimi böyük əhəmiyyət kəsb edən sahələrdə bundan sonra da inkişaf edəcəkdir.

Eyni zamanda, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqu dəstəkləmək üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəkdir.

Cənab Prezident, xahiş edirəm mənim xüsusi ehtiramımı qəbul edəsiniz".

xxx

Albaniya Prezidenti Bayram Beqaydan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Mediaxeberleri.Az  məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Mən Albaniya və Azərbaycanın dostluğun, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə etdiyi böyük nailiyyəti xüsusi olaraq məmnunluqla qeyd edirəm. Biz dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində çox maraqlıyıq. Əlaqələrimizin hər iki ölkənin mənafeyinə uyğun olaraq yeni səviyyələrə yüksəldilməsinin əhəmiyyətini vurğulayıram.

Fürsətdən istifadə edərək bu ilin martında Azərbaycana səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Zati-alinizə və Azərbaycan xalqına davamlı uğurlar, inkişaf, firavanlıq və xoşbəxtlik arzulayıram".

***

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Mediaxeberleri.Az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Mediaxeberleri.Az məktubun mətnini təqdim edir:

"Zati-aliləri.

Əlamətdar bayram - Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".


Oxunub: 708
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:41 | "Şəfa" "Qəbələ"yə, "Zirə" "İmişli"yə qalib gəldi
    Dünən, 21:33 | Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR
    Dünən, 21:13 | Sevastopola PUA hücumu: yaralılar var
    Dünən, 21:09 | Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir
    Dünən, 21:02 | NATO-nun kəşfiyyat təyyarəsi Rusiya ilə sərhəddə - Hansı məlumatlar gizlədilir?
    Dünən, 20:40 | Özbəkistanla Azərbaycan arasında 5 sahədə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb
    Dünən, 20:38 | Güləşçimiz dünya çempionatının finalına yüksəldi
    Dünən, 20:22 | Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI
    Dünən, 20:17 | Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama
    Dünən, 20:00 | Bakıda futbolçu öldü - Foto
    Dünən, 19:22 | Bakıda evdən oğurluq edən şəxslər saxlanıldı
    Dünən, 18:27 | Xalq artisti Şükufə Yusupovanı "İçərişəhər" metrostansiyasının yaxınlığında maşın vurub, reanimasiyadadır - YENİLƏNDİ
    Dünən, 18:25 | Medinanın oynadığı matçda yeni dünya rekordu
    Dünən, 16:22 | Ağstafada "TikTok" üçün video çəkən yeniyetməni CƏRƏYAN VURDU - SON DURUMU AÇIQLANDI
    Dünən, 11:50 | Bakıda gecə saatlarında "BAHALI" QƏZA: 7 maşın toqquşdu - VİDEO
    Dünən, 11:37 | Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir
    Dünən, 11:10 | İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV EDİLİR? – “Dəyişikliklərə ehtiyac var...”
    Dünən, 10:03 | Əməkdar jurnalist vəfat etdi - FOTO
    Dünən, 10:01 | Ukrayna ilk dəfə Rusiyanın bu şirkətini vurdu: xəsarət alanlar var
    Dünən, 08:23 | Böyük Avropa savaşı Almaniyada olacaq - Xəbərdarlıq
    Dünən, 07:46 | Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
    Dünən, 07:38 | Kələm dolması hazırlayanların DİQQƏTİNƏ!
    Dünən, 07:36 | "Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi
    21-08-2026, 23:24 | Şəmkir bazarında insident: "Parkovşik" döyüldü
    21-08-2026, 23:23 | Sabah Ermənistana propan və buğda göndəriləcək
    21-08-2026, 22:07 | Bağlanan universitetin tələbələri ilə bağlı hansı işlər görülür? - AÇIQLAMA
    21-08-2026, 22:04 | MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
    21-08-2026, 21:59 | Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
    21-08-2026, 21:56 | Millimiz Portuqaliya yığmasını məğlub etdi
    21-08-2026, 21:53 | FİFA-dan bu futbolçulara ağır cəza...
    21-08-2026, 17:54 | “Maşa və Ayı” Azərbaycanda da qadağan edilə bilərmi? - Deputatdan AÇIQLAMA
    21-08-2026, 17:51 | Anar Nəcəfliyə yeni vəzifə verildi
    21-08-2026, 17:50 | Rus ordusu bu yaşayış məntəqəsini işğal etdi
    21-08-2026, 17:30 | Azərbaycanda yeni futbol klubu yaradıldı
    21-08-2026, 17:28 | Məktəbli forması ilə bağlı müraciət: Bu yolverilməzdir!
    21-08-2026, 12:44 | Növbəti 4 gündə 41 dərəcə isti olacaq - Xəbərdarlıq
    21-08-2026, 12:41 | FTX generalının Moskvada meyiti tapıldı
    21-08-2026, 12:39 | Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman
    21-08-2026, 12:28 | İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?
    21-08-2026, 12:25 | RUSİYADA SƏFƏRBƏRLİK PANİKASI - Əhali banklara “cumur”, hər gün 20 min nəfər...
    21-08-2026, 08:49 | Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
    21-08-2026, 08:47 | Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri: Həkimlər xəbərdarlıq etdilər
    21-08-2026, 08:45 | Tiktokda pul göndərmək mümkün olacaq
    21-08-2026, 08:43 | Moskvaya 1000 dronla hücum planı: Son anda...
    21-08-2026, 08:17 | Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
    21-08-2026, 08:15 | ƏRZAQ QİYMƏTLƏRİ YENİDƏN ARTA BİLƏR - Sentyabrda nələr bahalaşacaq?
    21-08-2026, 00:39 | Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - Video
    20-08-2026, 23:56 | UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qalib gəldi - VİDEO
    20-08-2026, 20:41 | Ağstafada qəza - Maşın 20 metr kənara düşdü
    20-08-2026, 19:20 | Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.