Ermənistan-Gürcüstan avtomobil yolu hər iki istiqamətdə bağlanıb
Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və bu səbəbdən Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb. “Report” xəbər verir ki, bu barədə Ermənistanın Avtomobil Yolları Departamenti məlumat yayıb. Qeyd olunub ki, güclü yağışlar nəticəsində yol ciddi zədələnib, sürücülərdən Gürcüstanla sərhədə getmək üçün başqa yollardan istifadə etmələri xahiş olunur. Eyni zamanda Debed çayı məcrasından çıxaraq Alaverdi kəndindən olan evlərin həyət və zirzəmisini basıb. Vurğulanıb ki, hazırda kənd sakinləri evlərini tərk edə bilmirlər.
Oxunub: 464
Xəbəri paylaş
Paylaş: