Ukraynanın bu bölgəsindən 11 min insan təxliyə edildi: Nə baş verir?
Ukrayna Xarkov vilayətinin üç sərhəd rayonundan 11 090 sakin təxliyə edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi idarəsinin rəisi Oleq Sinequbov məlumat verib. Sinequbov bildirib ki, sakinlər Çuqevski, Xarkovski və Boqoduxovski rayonlarından təxliyə edilib. Bir müddət əvvəl Ukrayna hakimiyyəti Xarkov vilayətinin sərhədyanı rayonlarından 10 minə yaxın vətəndaşın təxliyə edildiyini bildirmişdi.
Oxunub: 491
Xəbəri paylaş
Paylaş: