Səudiyyə Ərəbistanında iki hərbi qulluqçu edam edildi
Səudiyyə Ərəbistanının Taif şəhərində altı il əvvəl vətənə xəyanət ittihamı ilə həbs edilən krallığın iki hərbi qulluqçusu edam edilib. Bu barədə Krallığın Müdafiə Nazirliyinin bəyanatında bildirilib. Məhkəmə onların əmrə tabe olmadığına və millətin mənafeyini qorumaqdan imtina etdiklərinə qərar verib. Beləliklə də, vətənə xəyanətdə ittiham olunan iki hərbçiyə qarşı edam hökmü icra edilib. Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin polkovnik-leytenantı və serjantı 2017-ci ildə həbs olunaraq edama məhkum edilib. Məhkəmənin hökmünə əsasən, onlar dövlətə xəyanətdə, əmrlərə tabe olmamaqda və millətin mənafeyini qorumaqdan boyun qaçırmaqda təqsirli biliniblər. Həmçinin onların öz günahlarını etiraf etdikləri də qeyd edilib. Ölüm hökmü ölkənin cənub-qərbində yerləşən Taif şəhərində həyata keçirilib. Mənbə: Vestikavkaza.ru