Bayden Putinə Çinin Rusiyaya hörmət etmədiyini deyib
2021-ci ildə ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə Çinin Rusiyaya hörmət etmədiyini deyib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı dövlət başçısı Merilend ştatında çıxış edərkən danışıb. “Dedim: “Çini cəlb edəcəyinizi gözləmirəm. Sizin Arktika ətrafındakı tundranız əriyir, metan üzə çıxır, probleminiz çoxdur və Çin sizə çox da hörmət eləmir”, - Bayden xatırlayıb. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (ŞİF) Çinin Dövlət Şurasının Baş nazirinin müavini Çjan Qotsinlə görüşdə Moskva ilə Pekinin münasibətlərinin misli görünməmiş yüksək səviyyəyə çatdığını bildirib. Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri 2021-ci il iyunun 16-da Cenevrədə görüş keçiriblər. Üzbəüz söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub. Tərəflər arasında Cenevrə sammiti 2018-ci ildən bəri ilk dəfə olub.