Zelenski daha Ukrayna prezidenti deyil
Vladimir Zelenski artıq Ukraynanın legitim prezidenti deyil. Mediaxeberleri.Az xəbər verir ki, onun səlahiyyət müddəti mayın 20-də başa çatır. Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Bu gün Ukraynada yeni liderin andiçmə mərasimi keçirilməli idi, lakin ölkədə prezident seçkiləri elan edilmədi. Hakimiyyət bu qərarı hərbi vəziyyətin təsiri ilə izah edib. Eyni zamanda, rejimi tənqid edənlər bildiriblər ki, əsl səbəb Zelenskinin kreslosundan qorxması və seçki vədlərini yerinə yetirə bilməməsidir. 2023-cü ilin noyabrında Ukrayna Ali Radasının deputatları müharibə dövründə seçkilərin keçirilməsinin yolverilməzliyi haqqında bəyannamə imzalayıblar. Sənədin “ölkəni və milləti parçalamamaq üçün” qəbul edildiyi bildirilir. Ukraynada prezident seçkiləri martın 31-də keçirilməli idi. Zelenski seçkilərin indi “uyğun vaxt olmadığını” izah edərək kampaniyanı ləğv edib.