"Çipsi" yedikdən sonra ürəyi dayanan uşağın ölüm səbəbi bəlli oldu
ABŞ-da ədviyyatlı "çipsi"lər yedikdən sonra gözlənilmədən ölən 14 yaşlı oğlanın ölüm səbəbi müəyyən edilib. Mediaxeberleri.Az xəbər verir ki, Massaçusets ştatında 10-cu sinif şagirdi Harris Volobah "Paqui" şirkətinin istehsal etdiyi çox ədviyyatlı "çipsi" yedikdən qısa müddət sonra yeniyetmə ölüb. Belə ki, Volobah yüksək miqdarda kapsaisin (acı bibərin aktiv komponenti) istehlakı nəticəsində yaranan qəfil ürək dayanması nəticəsində dünyasını dəyişib. Bildirilib ki, uşaqda ürək və ürək əzələ zolağının da böyüməsi olub.
Oxunub: 575
Xəbəri paylaş
Paylaş: