Sərhədçilərimiz Qazax-Tavuş sərhədinə nə vaxt yerləşəcək? - Dəqiq TARİX
Azərbaycan sərhədçiləri yaxın 8-9 gün ərzində sərhədin demarkasiya olunan Qazax-Tavuş istiqamətinə yerləşəcək.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.
Məlumatda qeyd olunur ki, hər iki tərəfin – Ermənistan və Azərbaycanın sərhədçiləri razılaşdırılmış səthəddə yaxın 8-9 gün ərzində yerləşdiriləcək.
“Həssas yer olan Kirantsda isə sərhədçilərin yerləşməsi bir qədər vaxt alacaq, burada müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var”, - Ermənistanın sərmi açıqlamasında bildirilir.
Qeyd edək ki, demarkasiya nəticəsində Kirants kəndinin bir hissəsi Azərbaycana təhvil verilir.
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: