Bu ölkə Ukraynadan taxıl idxalına icazə verdi
Bolqarıstan parlamenti Ukraynadan taxıl idxalına icazə vermək qərarına gəlib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bu məsələ ilə bağlı müzakirə üç saata yaxın davam edib. Nəticədə qadağanın götürülməsinin lehinə 124 deputat səs verib – qərara qarşı 67 deputat çıxıb, 8 deputat bitərəf qalıb. Ölkənin Baş naziri Nikolay Denkov bildirib ki, bu, əsas ərzaq məhsullarının qiymətlərini aşağı salacaq və inflyasiyanın azalmasına kömək edəcək.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş: