Tovuzda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub - YENİLƏNİB + FOTO
Tovuzda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (ikisi uşaq olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Onlardan iki nəfərin (bir nəfər kişi cinsli, bir nəfər qadın cinsli) vəziyyətləri stabildir, zəruri tibbi xidmətlər göstərilib və Tovuz Rayon Mərkəzi Xəstəxanasında müşahidə altındadırlar. İki uşaq və ana isə Gəncə Beynəlxalq Xəstəxanasına təxliyə olunublar. 06.04.2024, 21:48 Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var. “Report”un məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. VAZ-2106 və “Mercedes Vito” markalı avtomobilərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva, 1994-cü il təvəllüdlü Günel Məmmədova, 2017-ci il təvəllüdlü Mələk Məmmədova, 1998-ci il təvəllüdlü Rafiq Məmmədov və 2018-ci il təvəllüdlü Fatimə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.