Nərimanov rayonunda antisanitar şərait sakinləri təngə gətirib - VİDEO
Paytaxtın Nərimanov rayonu, Faiq Yusifov 55 ünvanında yerləşən binanın sakinləri çirkab suların həyətə axmasından şikayətçidirlər. Onların sözlərinə görə, kanalizasiya sistemi sıradan çıxdığı üçün çirkab sular daşaraq ətrafa yayılır, binanın həyətində anti-sanitar vəziyyət əmələ gəlir. “Binamızın kanalizasiya sistemi bərbad vəziyyətdədir. Bu yay biz üfunət iyindən çox əziyyət çəkmişik”, - deyə bina sakini qeyd edib. “ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Bizimlə əlaqə saxlayın
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: