Göyçayda hamilə qadın üçəmini itirdi
Göyçay Rayon Mərkəzi Xəstəxanasında üçəmə hamilə olan qadın vaxtından əvvəl doğuş edib. Mediaxeberleri.Az -ın əldə etdiyi məlumata görə, 22-23 həftəlik hamilə olan Ayşə Məhərəmova mart ayının 21-də vaxtından əvvəl doğuş üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasına gedib. Daha sonra göndəriş əsasında Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ana A.Məhərəmova sağ qalsa da, döllər vaxtından əvvəl ölü doğulub. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 385
Xəbəri paylaş
Paylaş: