Naxçıvanda bu vəzifəli şəxslər işdən çıxarıldı
Naxçıvan Sağlamlıq Mərkəzinin vəzifəli şəxsləri işdən azad ediliblər. Mediaxeberleri.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Babayev işdən çıxarılıb. Eyni zamanda, S.Sadıxovun digər əmri ilə mərkəzin baş həkimin vəzifələrini müvəqqəti icra edən Mətanət Səfərova və baş mühasib Samil Əliyev işdən azad olunublar.
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: