Azərbaycanda saxlanılan İran casuslarının kimliyi məlum oldu - FOTOLAR (Yenilənib)
Xəbər verdiyimiz kimi, Azərbaycanda İran casuslarına qarşı yeni əməliyyat keçirilib. Əməliyyat nəticəsində Lənkəran və Salyanda xeyli sayda İran agenti saxlanılıb. Son məlumatlara görə, saxlanılan agentlərin adları açıqlanıb. Onlar Salyan sakini Vurğun Babayev, digəri isə Müsəlman Birliyi Hərəkatının fəal üzvü Həsən Abbaszadədir. Saxlanılanlarla bağlı ətraflı məlumat verəcəyik. İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. “AzPolitika.info” xəbər verir ki, bu barədə “MOUZE” “Telegram” kanalı məlumat yayıb. Məlumatda qeyd olunub ki, əməliyyat zamanı Lənkəran və Salyanda xeyli sayda İran agenti saxlanılıb. Saxlanılanlarla bağlı ətraflı məlumat veriləcəyi qeyd olunub.
Oxunub: 283
Xəbəri paylaş
Paylaş: