Vasif Tağıyevin vəziyyəti açıqlandı
İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunmuşdu. Vasif Tağıyevin anası Təranə Tağıyeva Mediaxeberleri.az-a oğlunun səhhəti barədə məlumat verib. “Vasif indi bir az yaxşıdır. Hələ tikişləri tam sökülməyib. Yavaş-yavaş səhhəti düzəlir. Hələ işə çıxmır”, - deyə o bildirib. Xatırladaq ki, V.Tağıyev terror nəticəsində çiynindən və üzündən güllə yarası alıb. Çiyni sağalsa da, çənəsindəki problem ciddi olduğundan bir neçə dəfə əməliyyat edilib.
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: