Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
  • Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
  • Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
  • Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
  • Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
  • Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
  • Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
  • İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
  • Süni intellektin yeni istifadəçiləri kimlərdir?
  • Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
  • Müğənni həbsxanaya göndərildi
  • Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
  • Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
  • Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
  • Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
  • "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
  • Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
  • 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
  • Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
  • Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Akademik Ramiz Mehdiyevin “kandidat” namizədi və ya...

  • Tarix: 4-03-2024, 13:51

3 milyon pul, bir “kəllə”Nazim, bir də kardinal, vəssalam, şüttəmam…

Bakı Dövlət Universitetinə rektor “təyin olunan” Elçin Babayevin bu günlərdə rektor kimi fəaliyyətinin 5 ili tamam olur. 5 ili cumhuriyyet.az olaraq ona görə xatırladırıq ki, bütün kollektiv bu 5 ilin tamamını böyük intizarla, həyəcan və səbirsizliklə gözləyir.  2018-ci il dekabrın 10-da prezident İlham Əliyev “Təhsil haqqında” qanunun tətbiqi barədə 5 sentyabr 2009-cu il fərmanı yeniləyərək əlavə etdi ki,  dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək və yeni müddəa 10 dekabr 2018-ci ildən sonra həyata keçirilən təyinatlara şamil olunur.  Universitet kollektivi də həsrətlə bu 5 ilin tamamını gözləyir-2024-cü il martın 11-də elmlər namizədi, yarımçıq alim və “müəllim”,  ancaq pis xatirələrlə yaddaşlara yazılan Elçin Babayevin “rektorluq” fəaliyyətinin 5 ili tamam olur.  Nəhayət, olacaqmı? Yoxsa yenə Elm fondundan oğurlayıb  verdiyi kimi BDU-nun “təmirindən” oğurladığı puldan 3 milyon ödəyib yerində qalacaq?

Bakı  Dövlət Universitetinin özünəməxsus ənənələri var, məsələn, yubiley tədbirlərində universitetin tarixində izi olan görkəmli şəxsiyyətlərin adı hörmətlə çəkilər,  onların şəkli nümayiş etdirilər. Ancaq BDU-nun 100 illik yubiley tədbirində nə üçünsə professor Mir Cəlal Paşayev də daxil olmaqla bir neçə görkəmli alimin  adı çəkilmədi. Görəsən niyə?  Və yaxud,  nə vaxt dövlət başçısı Universitetə gəlibsə, rektor onun  yanında əyləşib. Ancaq 2019-cu ildə keçirilmiş 100 illik yubiley tədbirində belə  olmadı. Rektor Elçin Babayev ölkə Prezidentinin yox, AMEA-nın prezidenti Ramiz Mehdiyevin yanında oturmağı seçdi. Görəsən niyə? Bunun səbəbi bilinir. Çünki bizim rektorumuz “etibarlıdır”, “çörək itirən” deyil, onu vəzifəyə qoyduran adama başqa nə cür “sədaqətini” nümayiş etdirə bilərdi? Rektor olmaq üçün AMEA-nın Fizika institutunun direktoru Nazim Məmmədovun vasitəçiliyi ilə pul ötürdüyü Ramiz Mehdiyevə özünü indiyədək borclu sayır. Demə, pulun bir hissəsi “boz kardinala” çatmayıb deyə, Elçin Babayev xəcalətli qalıb, ona görə indi belə-belə yarınmalarla günahını yumaq istəyirmiş.

“Vaqeə” isə başlayıb 2018-ci ilin sonlarında-Abel Məhərrəmov rektor vəzifəsindən uzaqlaşdırılandan sonra rektor vəzifəsi uğrunda başlayan marafon yürüşü ilə. 2019-cu ilin əvvəllərində o zamanlar Elçin Babayevin rəhbərlik etdiyi “Elmin İnkişafı Fondu” tərəfindən Fizika institunun direktoru Nazim Məmmədova birdən-birə 3 milyon manat mükafat verildi. Görəsən bu fond tərəfindən “hamıya” ən çoxu 10-15, müstəsna hallarda 30-40 min manat qrant verildiyi halda indiyədək “bir abbası” qrant almayan “kəllə” Nazim Məmmədov hansı “Eynşteynlik” etdi ki, birdən-birə Nobel mükafatı həcmində qrant aldı? “Ayrılan vəsaitin” hamısının çatmadığını Ramiz Mehdiyev  Akademiyaya Prezident gələndən sonra bilib və cumhuriyyet.az-a daxil olan məlumata görə o vaxt AMEA-nın Fizika institutunda baş verənlər, Nazim Məmmədovun vəzifədən çıxarılması, yerinə yeni təyinat, başqa yoxlamalar və s. bununla əlaqədar oldu.  Çünki Ramiz Mehdiyevin “xəyanətkar” Elçin Babayevə “əli çatmırdı”, vasitəçi Nazim Məmmədovu cəzalandırırdı. Milli Məclisin deputatı, ixtisasca fizik olan Etibar Əliyev respublika mətbuatında bu barədə belə yazmışdı: “Vaxtilə mən bu institutdakı maxinasiyalar barədə yazmışam. Təcili Fizika İnstitutuna “Elmin İnkişafı Fondu”ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır. Birinin məbləği 3.000.000 manat idi…”  İndi bu “3 milyonluq” rektor kal armud olub, keçib camaatın boğazına, nə alimdir, nə ömrü boyu bir dəfə dərs deyib, nə də idarəçilik bacarıqları var…

Elçin Babayev uzun illər Elmin İnkişafı fondunda əyri işlər görməklə məşğul olmuşdur. Ramiz Mehdiyevə məxsus BTB bankın binasının 7-ci mərtəbəsini yüksək qiymətə icarəyə götürərək orada eyş-işrət məclisləri quran, bu gün də “gözündən buraxmaq istəmədiyi”, nəzarətdə saxladığı Elmin İnkişafı fondu elə bil Elçin Babayevin şəxsi əmlakı, dədə-babadan qalan mirasıdır. Belə olmasaydı, 10 il ərzində heç bir nəticəsi olmadan xərclənən 70 milyon pulu ürəyi istədiyi adamlara “bəxş etməzdi”. Belə olmasaydı, həmin pulların böyük bir qismi də Ramiz Mehdiyevin xanımının kafedra müdiri olduğu BDU-nun Hesablama riyaziyyatı kafedrasına yönəlməzdi. Belə olmasaydı, ölkədə bu qədər akademik, professor ola-ola bu gün Elmin İnkişafı Fonduna 33 yaşı olanda “birtəhər” namizədlik işi “müdafiə edən”(ölkədə 30 yaşınadək doktorluq müdafiə edən yüzədək alim var), həmin kafedranın  baş laborantı Mehriban  İmanova rəhbərlik etməzdi. Deməli, kim deyirsə ki, Ramiz Mehdiyev idarəetmədən uzaqlaşdlırılıb, demək o şəxs ölkədə baş verən hadisələrdən xəbərsizdir. O adam onu da  bilmir ki, bu il yanvarın 28-də Elçin Babayev Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanı təbrik etmək üçün axşam hava qaralandan sonra bahalı hədiyyə ilə onun bağına gedib.

Rektorluq fəaliyyətinin elə ilk ayında əvvəllər Naxçıvan aeroportunda polis nəfəri kimi fəaliyyət göstərmiş və biabırçılıqla  polis sıralarından qovulmuş yeznəsi Fikrət Heydərovu özünə müşavir gətirdi. Davranışları heç bir əxlaq normasına sığmayan bacısının həyat yoldaşı Fikrət də elə bilirdi ki, universitetin tələbə qızları ona görə belə geyinib-keçinirlər və belə yaraşıqlıdırlar. Təcili kabinetinə divan qoydurdu. Özünü universitetdən daha çox Avropanın bəzi şəhərlərində olan “qırmızı fənərlər küçəsində” hiss edən bu şəxs Braziliya seriallarının çəkiliş meydanlarını xatırladan kabinetində hər gün Azərbaycan elminin “inkişafı” naminə yeni bir “divan ədəbiyyatı” yaratmağa başladı. Bu səs-küy dəfələrlə Elçin Babayevin qulağına çatsa da, özü də bu yolun yolçusu olduğuna görə “kişi belə edər də” deyərək bu yaramazlıqlara göz yumdu. Ancaq yataqxanada iki zavallı qızın ölümü ilə nəticələnən məşhur “qazsızması” hadisəsindən sonra məlum oldu ki, Fikrət Heydərov “yarınmaq” üçün tələbələrin otağına kustar üsulla, ancaq təcili kombi qoydurub, qaz borusundan sızan qaz isə uşaqların həyatına son qoyub və yalnız bundan sonra Fikrət Heydərov vəzifəsindən kənarlaşdırıldı.  Ancaq yeznəsini bu kriminal problemdən qurtarmaq üçün Elçin Babayev mətbuatda qızların guya yeməkdən zəhərlənmələri barədə saxta məlumatlar verdi.

Elə həmin vaxtlarda yataqxanalara “meyli güclənən” Elçin Babayev əvvəllər Türk liseyi yerləşən binanı əsaslı təmir etmək adı ilə kosmetik təmir işlərinə başladı və 2019-cu ilin sentyabrında Təhsil nazirinin iştirakı ilə bu təmir edilən binanın açılışı lentini kəsdilər. Maliyyə sənədlərində isə Satınalma sənədlərinin 2020-ci ildə baş tutması göstərilir. Bu da Satınalmalar haqqında qanunun 445-1 maddəsinin 445-1.4.2 və 445-1.7 bəndlərinin kobudcasına pozulmasıdır.  Təxmini hesablamalara görə həmin yataqxananın kosmetik təmiri( əslində başqa heç bir əsaslı iş görülməyib, divarlar, pilləkənlər, bünövrə olduğu kimi qalıb) ən çoxu 800 min manata başa gələ bilərdi, ancaq Elçin Babayev həmin işə nə az, nə azacıq 4,5 milyon manat pul sildirib. Halbuki, həmin pula iki elə yataqxana tikmək olardı. Bununla da  Elçin Babayevin təmir işlərini görüb qurtardıqdan sonra onların sənədləşdirilməsi, tender, satınalma maxinasiyalarına start verildi. Pandemiya dövrü bitər-bitməz heç bir əsas olmadan 2 saylı tədris binasının əsaslı təmirinə başlanıldı və 2023-cü ildə bu 6-7 ay tələbələri, müəllimləri küçələrdə, onun-bunun qapısında qalan “qara taleli” bina təmir edilib qurtardı. Hamının təsdiq etdiyi kimi əsaslı heç bir dəyişiklik olmadığı halda bu “əldəqayrılma” təmirə 12 milyon manatdan artıq pul xərcləndi. Halbuki, bu təmirin maya dəyəri ən yaxşı halda 2-3 milyon manat ola bilərdi. Yenə də tender və satınalma sənədləri təmirdən sonra hazırlandı. Görəsən niyə??? Görəsən indi BDU-da “araşdırmalar” aparan Hesablama palatası bu dələduzluqları qeydə alacaqmı?

Heç bir ehtiyac olmadığı halda 2023-cü ilin oktyabrında qazanxana sistemini təmir etmək adı altında universitetin müəllimlərinin əmək haqqından kəsərək (bu gün BDU-nun müəllimləri respublika ali məktəbləri arasında ən az əmək haqqı alan universitetlər sırasındadır, halbuki, təhsil haqqının yüksəkliyinə görə isə  BDU birinci üçlükdədir) 2 milyondan artıq vəsaiti qazanxada “çıxdaş” etdi. 2024-cü ilin yanvar ayına kimi auditoriyaların əksəriyyəti istiliksiz qaldı, tələbələrin xeyli hissəsi müxtəlif yoluxucu xəstəliklərə tutuldu, dərslərdə palto, papaqla oturmaq adi hala çevrildi, universitetdə “ya isti ver, ya istefa” yazılmış vərəqələr paylandı, cənab Babayev isə düzgün nəticə çıxarmaq, istilik ya da istefa vermək əvəzinə, bu vərəqələri yayan tələbələrin “ovuna çıxdı”.

Satınalma haqqında qanunun tələbləri bir daha heç bir zərurət olmadığı halda universitetə 6 ədəd bahalı avtomobilin alınması zamanı pozuldu. Salonda hər birinin qiyməti 51 min manat olan avtomobillərə müəllimlərin “boğazından kəsərək” 300 min manatdan çox pul xərcləməyi bir yana, bu avtomobilləri 72 min manata qeydiyyatdan keçirilmişdir.  Hazırda bu avtomobillərdən ikisi yalnız rektorun ailəsinə xidmət edir. Valideynlərin təhsilə ödədikləri vəsaitin hansı çətinliklərlə əmələ gəldiyini bilməyən Elçin Babayev qəpik-qəpik yığılan bu pulu sağa-sola, hara gəldi xərcləyir.  Bir soruşan varmı ki, sənə bu haqqı kim verib?

Bu kimi maliyyə pozuntularını “araşdırılması” üçün hazırda universitetdə Hesablama palatası tərəfindən yoxlama aparılır. Amma Hesablama palatası doğrudanmı yoxlama aparır? Universitetin dəhlizlərində gəzən söhbətlərdən məlum olur ki, Hesablama palatası Elçin Babayevin maliyyə fırıldaqlarını ört-basdır etmək məqsədilə ondan lazım olan məbləği alıbdır və 5 illik pozğuntulara baxmayaraq Elçin Babayevi “sudan quru çıxaracaqlar”.

Bir maraqlı məqam da var ki, bir müddət pandemiya düşdü aralığa, dərslər olmadı. Yoxsa Bakı Dövlət Universitetində tələbə qalmazdı… Dərslər keçirilən vaxtlarda hərəsi ayrı düşüncədə, ayrı tərbiyədə olan 20 mindən artıq tələbənin şıltaqlıqları adi hal olur. Mexanika-riyaziyyat fakültəsinin birinci kurs tələbəsi, artıq məşhurlaşmış  yazıq Pərvizin etdiyi hərəkətlərdən, uşaq dəcəlliyindən auditoriyalarda gündə on-on beşi olurdu. Bu 16-17 yaşlı uşaq cəbhədəki qələbələrdən fərəhlənib, ya nə hiss keçiribsə, qələbə bayrağını başına bağlayıb. Nə olsun? Bu ağılda olan tələbələri islah etmək, səhvini başa salmaq, gələcəyin vətəndaşını bir az da kamilləşdirmək, yoxsa “gözünü çıxardıb” bayrağa, vətənə, universitetə qəzəb hissləri formalaşdırmaq lazımdır, Elçin müəllim??? Özü də torpaq uğrunda, bayraq uğrunda Vətən müharibəsi  getdiyi günlərdə, pandemiyanın tüğyan etdiyi məqamlarda… Elçin Babayev bu uşağı universitetdən qovmağıyla, sonra isə bərpa etməyiylə tədris prosesindən, tələbə dünyasından uzaq olduğunu bir daha sübut etdi… 2020-ci ilin noyabrın 23-də xaric etdiyi tələbəni  dekabrın 1-də bərpa etdi. Təhsil haqqında qanunda isə yazılıb ki, tələbə xaric edildikdən ən tezi bir il sonra bərpa edilə bilər. Əgər belədirsə, bir həftədən sonra bərpa nə deməkdir? Əgər doğrudan da, böyük günahı yox idisə, bərpa etmək üçün nəsə bir əsas var idisə, onu niyə qovdunuz? Pərvizin etdikləri bağışlanılmaz günah idisə, bəs niyə bərpa etdiniz?

Böyük bir universitetə rəhbərlik edən adamın puldan başqa heç bir duyğusu yoxdursa, Şamaxıda ulduzlara tamaşa edə-edə elm ulduzlarının parlaqlığından gözləri qamaşırsa, xırdaçılıq, cılız intriqalar öyrənirsə, daim intiqam hissi ilə yaşayırsa universitetin günahı nədir ki, 100 yaşında ona  münəccim rəhbər qismət olub??? Bu münəccim də ancaq göydəki vəziyyəti bilir, yerdə tələbə qıza şakolad verib “maç” etmək olar, ya yox, başına bayraq bağlayan tələbəni qovmaq olar, ya yox, dünya şöhrətli Xalq yazıçısı, Vətən müharibəsi günlərində sinəsini qabağa verib Moskvanın subyektiv verilişlərində Azərbaycan həqiqətlərini hayqıran Çingiz Abdullayev universitetə görüşə gələndə onu təhqir etmək olar, ya yox, bunları bilmir…

Elçin Babayevin altdan-altdan gördüyü işlər, uğursuz kadr islahatları, naşılıqla oynadığı “oyunlar” Bakı Dövlət Universitetində  dərin konfliktlər, inamsızlıqlar yaradıb. Bunu təbii də saymaq olar: 20 akademikin, 300 elmlər doktoru, professorun çalışdığı bir müəssisəyə  yarımçıq elmlər namizədi başçılıq edəndə belə də olmalıdır. 100 il bundan əvvəl Universitet yarananda ona rektorluq etməyə Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olmalıdır. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların  rektorluq etdiyi bir məbədgaha XXI əsrdə elmlər namizədi rəhbərlik etməlidir? Elmlər namizədi  akademikləri, professorları qabağına yığıb onlara elmdən, təhsildən dərs deməlidir, onları öyrətməlidir? Səviyyə özünü hər yerdə göstərir: bir də görürsən, YUNESKO-nu dövlət kimi təqdim edir, rəsmi dövlət tədbirində deyir ki, “söhbət sosiskada deyil, söhbət vinimatelni olmaqdadır”, “Məşdibad demişkən, mən tarixi-Nadiri yarısına qədər(?!) oxumuşam”, yaxud Yaponiyanın ölkəmizdəki səfirinə 500 nəfərlik zaldakı rəsmi görüşdə  müraciət etdi ki, ”daha nə var, nə yox?”,ay tərcüməçi,  tərcümə eləyin görüm, səfir  cavab verə bilir, ya yox?  Böyük Elmi Şuranın genişləndirilmiş iclasında universitetin ən nüfuzlu qurumlarından biri olan Elmi kitabxana haqda danışarkən güya zarafat edib orada çalışan 100-dən çox xanımı təhqirlə dedi ki, “Mən bilmirəm bura kitabxanadır, yoxsa nə…xana?” Ya da ki, tanınmış fizik, təcrübəli pedaqoq olan bir müəlliminin dərsinə girib, 100 nəfərlik auditoriyada tələbələrə müraciət edib ki, “bunun (professoru nəzərdə tutub) danışığından bir şey başa düşürsüz? Mən tələbə olanda heç nə qanmazdım”. Bu təhqiri zarafat hesab etsə də, özünə vaxtı ilə dərs demiş ağsaqqal müəllim bərk əsəbləşib,  auditoriyadan çıxıb, pərt bir vəziyyət yaranıb. Guya “zarafatcıl oğlan” olan bu adam rəsmi tədbirlə, rəsmi məkanla  qeyri-rəsmi görüşləri  fərqləndirə bilmir. Elə həmin zarafatla da universitetə “yoldan keçənləri” gətirib başda otuzdurub ki, zarafatı lap duzlu olsun. Bəs necə? Siyahıya baxın: Prorektor Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Müşavir Mirzə Mirzəyev(Qaradağ rayon Maliyyə İdarəsinin rəisi), Tədris idarəsinin rəisi  Elçin Məmmədov (Metropoliten əməkdaşı), Həmkarlar Komitəsinin sədri Rəşad Cabbarov(Azərseldə telefon meneceri), Köməkçi-Ümumi şöbənin müdiri Ləman Hüseynbəyli (Elm fondundan …). Heç birinin də elmi adı, elmi dərəcəsi yoxdur. Gəlib akademiklərə yol göstərirlər. Bilmirlər ki, bu ”zarafatcıl oğlan” onları gətirib ki, özü “hündür” görünsün. Yazıq akademiklər, professorlar da çaş-baş qalıb: bu adam böyük bir təşkilatın rəhbəri olan dövlət məmurudur, yoxsa parodiya ustası?

Bazara çevirdiyi universitetdə semestr imtahanlarına da yeni qiymətlər qoyan Elçin Babayev əlavə təhsilə qəbulun “qara bazar” qiymətlərini də bir neçə dəfə artırıb, əvvəllər bura 6-7 minə daxil olmaq mümkün idisə, indi bu “məzənnə” fakültələrdən asılı olaraq 30-50 min manat arasındadır.

Bütün bu səbəblərdəndir ki, BDU son illərdə reytinqini xeyli itirmiş, 1980-ci illərin, 90-cı illərin əvvəllərində olan vəziyyət əmələ gəlmiş, “beyin axını” surətlənmiş,  universitetdən digər ali məktəblərə, xarici ölkələrə çıxıb gedən müəllimlərin sayı xeyli artmışdır. 2018-ci ildə dünya universitetlərinin reytinq cədvəlində birinci beşyüzlükdə olan BDU indi heç minlikdə də deyil. İndi xalq arasında onun adı Bakı Dövlət Universiteti yox, Bakı Dövlət texnikumu, Bakı Dövlət sirki kimi adlanır.

Sirkin bədii rəhbərinin 5 ili tamam olur. Bəlkə bu barədə düşünməyə dəyər…


Oxunub: 832
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:33 | Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
    Dünən, 19:38 | Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
    Dünən, 19:35 | Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
    Dünən, 19:33 | Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
    Dünən, 18:32 | Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
    Dünən, 17:59 | Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
    Dünən, 17:57 | Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
    Dünən, 17:55 | İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
    Dünən, 17:38 | Süni intellektin yeni istifadəçiləri kimlərdir?
    Dünən, 17:36 | Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
    Dünən, 17:04 | Müğənni həbsxanaya göndərildi
    Dünən, 17:02 | Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
    Dünən, 16:58 | Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
    Dünən, 16:26 | Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
    Dünən, 16:13 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Dünən, 16:05 | "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
    Dünən, 15:59 | Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
    Dünən, 15:56 | 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
    Dünən, 15:53 | Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
    Dünən, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    Dünən, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    Dünən, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    Dünən, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Dünən, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Dünən, 09:31 | Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
    Dünən, 07:20 | Toyda baş verən mübahisə ölümlə nəticələndi
    Dünən, 07:19 | Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
    Dünən, 07:18 | Portuqaliya 1/4 finala vəsiqə qazandı
    4-10-2026, 19:15 | "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
    4-10-2026, 19:08 | Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
    4-10-2026, 18:57 | Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
    4-10-2026, 18:35 | Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
    4-10-2026, 14:17 | Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
    4-10-2026, 13:20 | Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
    4-10-2026, 13:10 | Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
    4-10-2026, 12:19 | Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
    4-10-2026, 12:17 | Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
    4-10-2026, 12:15 | Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
    4-10-2026, 11:20 | Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
    4-10-2026, 10:20 | Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    4-10-2026, 10:18 | Gəncəyə ilk raket hücumundan altı il ötür
    4-10-2026, 10:16 | Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
    4-10-2026, 08:19 | Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
    4-10-2026, 08:17 | Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
    4-10-2026, 08:15 | "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
    4-10-2026, 08:13 | Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
    4-10-2026, 08:12 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    3-10-2026, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    3-10-2026, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    3-10-2026, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.