Zaxarova: “İrəvanda qəbul edilən qərarların günahını Rusiyanın üzərinə yükləməyə ehtiyac yoxdur”
“Moskvanın İrəvanın son bəyanatlarına sərt reaksiyası bu bəyanatların təməlində yalanın, qeyri-dəqiq məlumatların və ya faktları dəyişdirmək cəhdlərinin olması ilə bağlıdır”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Rusiya rəsmisi bildirib ki, İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə yükləməyə ehtiyac yoxdur. “Bu, Ermənistan üçün təhlükəli olan fəlakətli nəticələrə gətirib çıxara bilər”, - deyə Rusiyanın XİN rəsmisi vurğulayıb. Mənbə: “RİA Novosti” “Telegram” kanalı
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: