Buz bağlayan Kür çayı, kirpikləri donan sakinlər: 34 dərəcə şaxtanın yaşandığı Ardahandan görüntülər - FOTO
Son günlər şiddətli şaxtaların müşahidə olunduğu Türkiyənin Ardahan şəhərində havanın temperaturu mənfi 34 dərəcəyə enib. Bu səbəbdən regiondan keçən Kür çayının bəzi hissələri donub, küçəyə çıxan sakinlərin hətta kirpikləri buz bağlayıb. Bununla bağlı sosial şəbəkələrdə maraqlı kadrlar paylaşılıb. Sakinlər son onilliklər ərazində ilk dəfə belə soyuqlara şahid olduqlarını bildiriblər.
 






 
Oxunub: 3 255
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















