Ağstafada qəza olub, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yoldan çıxaraq dirəyə dəyib. Qəza zamanı 1994-cü il təvəllüdlü Cahan Cabbarov və 1995-ci il təvəllüdlü Əhməd İsayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
 
 
Oxunub: 772
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















